MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Müğənni səhnədə ətəyini çıxardı

Rusiyalı Müğənni Lolita Milyavskaya Krasnoyarskda keçirilən konsertində səhnədə ətəyini çıxarıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki,  bununla cəmiyyətin geyimlə bağlı gözləntilərinə qarşı çıxdığını bildirib.

Uzun qara ətək və parlaq kombinezonla səhnəyə çıxan sənətçi çıxışı zamanı cəmiyyətin insanlara necə geyinməyi diktə etdiyini vurğulayaraq, “Mən də 61 yaşımda heç nə görünməsin deyə geyinirdim, amma bilirəm ki, siz bura bunu görməyə gəlməmisiniz”, – deyərək ətəyini çıxarıb.

Tamaşaçılar bu addımı alqışlarla qarşılayıb. Daha sonra Milyavskaya gender məsələsinə toxunaraq, “Hər biriniz, fərqi yoxdur, düşüncədə də olsa, mənim kombinezonumda gedəcəksiniz!” – deyə bildirib.

Qeyd edək ki, daha əvvəl Krasnoyarskdakı konsertinin ləğvinə cəhd edən deputat Yelena Penzina müğənnini təhqir etmiş, Milyavskaya isə onu tanınmaq üçün qalmaqal yaratmaqda ittiham etmişdi.

Nilay 

 

Oxşar Xəbərlər