Böyük ölçülü model makiyajsız və filtrsiz goruntulənib
Eşli Qraham Makiyajsız Görüntüsünü Paylaşdı
Məşhur plus-size model (Böyük ölçülü model) Eşli Qraham sosial şəbəkədə makiyajsız və filtersiz görüntüsünü paylaşıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı model ağ futbolka, qara şalvar və təbii xəz paltoda kamera qarşısına keçib. O, saçlarını yığaraq sadə tərz yaradıb.
Ötən ilin dekabrında Qraham Londonda Albert-Holl"da keçirilən "Fashion Awards" mükafatlandırma mərasiminə qatılıb. O, şəffaf ətəkli qara büstqalter-don geyinib və görünüşünü dabanlı sandal, sırğalar, boyunbağı və üzük ilə tamamlayıb. Vizajistlər ona qara laynerli makiyaj ediblər.
2022-ci ilin yanvarında model əkiz oğlan dünyaya gətirib. Ağır doğuşdan sonra o, may ayında işinə qayıdaraq Spanx üçün çılpaq fotosessiya edib və Knix alt geyimi brendi ilə əməkdaşlığa başlayıb.
Nilay