SOSIAL ÖZ XƏBƏR

"Doğtaş" şirkətinin dövlətə borcu üzə çıxdı (FOTO)

"Doğtaş" MMC-nin dövlətə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin dövlətə vergi borcu 31497 AZN-dir.  

Bildirək ki, nizamnamə kapitalı 1185010 AZN olan "Doğtaş" MMC-nin qanuni təmsilçisi  Lokman Kartaldır.  

Şirkətin məlumatında qeyd edilib ki, DOĞTAŞ MMC AZƏRBAYCAN 2008-ci ildən etibarən Azərbaycanda, Bakıda 4 Doğtaş və 3 Kelebek mağazası ilə fəaliyyət göstərir. 

Doğtaş Mobilya Türkiyənin ən böyük mebel istehsal edən şirkətlərindən biridir. 

 Ayxan

Oxşar Xəbərlər