MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Rihanna üçüncü övladlarını vəkilinin adını qoyacağına söz verib

Rihanna və A$AP Rocky üçüncü övladlarını vəkilin şərəfinə adlandırmağa söz veriblər.

Müğənni və biznesmen Rihannanın və reper A$AP Rockynin növbəti övladlarını vəkil Cozef Takopinanın şərəfinə adlandıracaqları bildirilir.

32gun.az biu barədə Extra məlumat yayıb.

Takopinanın sözlərinə görə, məşhur cütlük ona zarafatla “növbəti övladımızın adı A$AP Joe olacaq” deyib.

Qeyd edək ki, fevralın 19-da The Sun xəbər verib ki, A$AP Rocky Los-Anceles məhkəməsində münsiflər heyəti tərəfindən bəraət alıb. Rihannanın proses zamanı göz yaşlarını saxlaya bilmədiyi və vəkilini qucaqladığı bildirilir.

Xatırladaq ki, A$AP Rocky 2021-ci ildə dostuna atəş açmaqda ittiham olunurdu və günahı sübuta yetirilsəydi, 24 il həbs cəzası ala bilərdi. Reper ittihamları qəbul etmirdi.

Rihanna və A$AP Rocky 2020-ci ilin noyabrında münasibətə başlayıblar. 2022-ci ilin mayında onların ilk oğlu RZA Atelston Mayers, 2023-cü ilin avqustunda isə ikinci övladları Riot Rouz Mayers dünyaya gəlib.

Nilay

Oxşar Xəbərlər