Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasındakı Dövlət Məşğulluq Agentliyinin "Maşın və avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "B2B GROUP" MMC olub. Tərəflər arasında 399.471,77 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən agentliyə Noutbuk, Mini Case PC, A4 Ağ-qara Printer, Monoblok, A4 Rəngli Printer, Mikrodalğalı soba, Tozsoran, Skaner, Qulaqcıq, Fotoaparat, Fotokamera üçün obyektiv, Fotoaparat üçün lens başlığı, Masa üstü tripod,Fotoaparat üçün lens başlığı, Rəqəmsal Səs Yazan, Masa üstü mikrofon, Səs yazma aparatı ve.s alınmalıdır.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevdir.
Nilay