Xəbər verdiyimiz kimi, "Azplasttech" MMC-nin dövlətə vergi borcu 1 milyon manata yaxındır (918742.24 AZN).
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən MMC 1 milyona yaxın olan vergi borcunun cəmi 50 min manatını ödəyib. Hazırki borc isə 864051.43 AZN-dir.
Digər diqqət çəkən məqam isə "Azplasttech" MMC-nin rəbərliyinin oxşar adla "AZPLASTTECH GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətini 15.10.2024-ci il tarixində yaradıb. Şirkət borclu "Azplasttech" MMC kimi məşhurlaşsa da fəaliyyətin yeni MMC adı ilə davam etdirir.

Qeyd edək ki, şirkətlə bağlı məlumatda "AZPLASTTECH MMC şirkəti, sənaye streç filmləri, skoçlar, PVC qida streçləri, supermarket çantaları, havalı salafanlar və digər qablaşdırma materiallarının istehsalında ixtisaslaşmış bir şirkətidir" deyə qeyd edilib.

Onu da bildirək ki, Azplasttech MMC də Marsol MMC-nin tərəfdaşlarındandır. "Marsol” MMC-nin sədri isə Tural Mustafayevdir.

Hətta Marsol MMC əməkdaşları həmin tərəfdaşı olduğu şirkətin əsas ofisində də olub.
Ayxan

