DÜNYA ÖZ XƏBƏR

Saakaşvilinin növbəti hökmünün verilmə tarixi açıqlanıb

Saakaşviliyə sərhədin qanunsuz keçilməsi ilə bağlı hökm veriləcək

Tbilisi Şəhər Məhkəməsi 17 mart, bazar ertəsi günü Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı sərhədin qanunsuz keçilməsi ilə bağlı hökm çıxaracaq. Sabiq prezidentə 3 ildən 5 ilədək həbs cəzası verilə bilər.

32gun.az bildirir ki, bu barədə RIA Novosti-yə məhkəmə hakimi Mixail Cindjolya məlumat verib.

Onun sözlərinə görə, hökmün nəticə hissəsi saat 11:00-da (Bakı  vaxtı ilə də saat 11:00) açıqlanacaq.

Martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dolların mənimsənilməsi ilə bağlı 9 il həbs cəzasına məhkum etmişdi. Sabiq prezidentə qarşı ittihamlar 2014-cü ildən irəli sürülüb. Gürcüstanın Baş Prokurorluğunun versiyasına görə, Saakaşvili dövlət vəsaitlərini aşpaz xidmətlərinə, yaxta və avtomobil kirayəsinə, jaketlər, palto, saatlar və çılpaq bədənlə çəkilən rəsmlər almağa, eləcə də botoks və epilyasiya prosedurlarına xərcləyib. Sabiq prezident qərarı ironik şəkildə "sürpriz" adlandırıb. "Palto işi" siyasətçinin məhkum olunduğu üçüncü iş olub.

Saakaşviliyə qarşı 2007-ci ildə müxalifət mitinqinin dağıdılması və İmedi telekanalının ofislərinə xüsusi təyinatlıların müdaxiləsi ilə bağlı vəzifə səlahiyyətlərini aşma cinayəti, həmçinin sərhədin qanunsuz keçilməsi ilə bağlı mühakimə prosesləri davam edir. Sonuncu iş 2021-ci il oktyabrın 1-də Saakaşvilinin Tbilisidə saxlanılmasından sonra başlanıb; o, Ukraynadan gəlib və süd məhsulları daşıyan yük maşınında gizlənərək feribotla Gürcüstana keçmişdi.

Ayxan 

Oxşar Xəbərlər