ABŞ Prezidenti Donald Tramp, Ştatların Qrenlandiya ilə bağlı planlarına qarşı çıxan ölkələrə tariflər tətbiq etmək təhdidini səsləndirib.
32gun.az yazır ki, bu barədə CNN xəbər verir.
“Əgər ölkələr Qrenlandiya məsələsində bizə dəstək verməsələr, mən tariflər tətbiq edə bilərəm, çünki bizə Qrenlandiya lazımdır, bu, milli təhlükəsizliyimiz üçün vacibdir. Ona görə də bunu edə bilərəm”, — deyə Tramp bildirib.
Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə hüququ ilə muxtariyyət qazanıb. Tramp isə dəfələrlə bildirib ki, ada ABŞ-a məxsus olmalıdır.
5 yanvarda Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiya üzərində nəzarət qurmaq planlarını açıqlayıb.
Danimarkanın Müdafiə Nazirliyi ABŞ-ın adaya hərbi müdaxiləsi halında cavab tədbirləri görüləcəyini vəd edib, lakin mümkün ABŞ hərbi hücumuna qarşı konkret addımlar barədə açıqlama verməyib.
Keçən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin Trampın Qrenlandiyanı ABŞ-a qatmaq planını ciddi hesab etdiyini bildirmişdi.
Ayaz