Şərurlu İsfəndiyarın qalmaqallı açıqlaması gündəm oldu
Tikinti maqnatı kimi tanınan iş adamı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) müsahibəsində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
32gun.az bildirir ki, O, otellərin birində savadlı şəxsləri bir araya gətirdiyini və onlara 15-20 min dollar maaş təklif etdiyini bildirib. Lakin Axundovun “Mən çoban oturmuşam başda, alimlər də mənim üçün işləyir, pullar da gəlir” ifadəsi və bu sözlərdən sonra gülməsi birmənalı qarşılanmayıb.
İş adamının bu açıqlaması cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi şəxslər onun sözlərini tənqid edərək alimlərin və ziyalıların belə təsvir edilməsinin doğru olmadığını vurğulayıblar.
Qeyd edək ki, İsfəndiyar Axundov tikinti sektorunda fəaliyyət göstərən tanınmış iş adamlarındandır.
Nilay
.
.
.
.