Sultanqazidə itkin düşən qadın ölü tapılıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sultanqazidə yaşayan Elif A. (24) aprelin 1-də saat 13.40 radələrində evdən çıxıb. Bir müddət sonra ondan xəbər ala bilməyən yaxınları onun itkin düşdüyünü bildiriblər. Bu səhər gənc qız evinin yaxınlığında ağacdan asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə çoxlu sayda polis qrupu sövq edilib. Qruplar ərazidə geniş təhlükəsizlik tədbirləri görərkən, hadisə yeri araşdırma qrupları da işlərini davam etdirib.
Müayinələr tamamlandıqdan sonra Elif A.-nın cəsədi yarılmaq üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib.
Ayxan