SOSIAL

Ədalət Verdiyev həbsdən buraxıldı

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.

Baş Prokurorluqdan "32gun.az"a bildirilib ki, Verdiyev Ədalət Rafiq oğlunun Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nəsimi rayon məhkəməsinin 07.04.2025-ci il tarixli hökmünə əsasən Ədalət Verdiyev həmin Məcəllənin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Oxşar Xəbərlər