MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Musiqiçinin həyat yoldaşı polis tərəfindən vuruldu

"Weezer" qrupunun basgitaristi Skott Şraynerin həyat yoldaşı Cillian Şrayner polis tərəfindən güllələnib.

32gun.az bildirir ki, bu barədə SHOT məlumat yayıb.

Hadisə Los-Ancelesin İql-Rok (Eagle Rock) bölgəsində baş verib. Polis bir piyadanı vurub qaçmaqda şübhəli bilinən şəxsi axtarmaq üçün evdə axtarış apararkən, ön həyətində əlində tapança ilə oturan Cillian Şrayneri görüb. Polisin silahı yerə qoymaq tələbinə baxmayaraq, qadın buna məhəl qoymayıb və nəticədə polis atəş açıb.

Cillian çiynindən yaralanıb. Ona polis əməkdaşını öldürməyə cəhd ittihamı irəli sürülüb. Lakin sonradan məhkəmə onun 1 milyon dollar girov müqabilində sərbəst buraxılmasına qərar verib.

Nilay 

Oxşar Xəbərlər