MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Tanınmış şair və filosof vəfat edib

Sovet və rus şairi, filosofu və ədəbiyyat tənqidçisi Konstantin Kedrov uzun sürən xəstəlikdən sonra aprelin 16-da 83 yaşında vəfat edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Yazıçılar Birliyinin mətbuat xidməti məlumat yayıb.

Vida mərasimi aprelin 18-də Mərkəzi Ədəbiyyat Evində keçiriləcək, daha sonra onun cənazəsi yandırılacaq və Donskoy qəbiristanlığındakı ailə məzarında dəfn olunacaq.

30-dan çox şeir kitabının müəllifi olan Kedrov 1983-cü ildə fəlsəfi nəzəriyyəsinin əsasını təşkil edən "metametafora" prinsipini formalaşdırıb. O, həmçinin 25 ildir qeyd olunan 15 mart Ümumdünya Şeir Gününün təşəbbüskarı olub.

"Konstantin Kedrov filosof, Ədəbiyyat İnstitutunun professoru, Nobel mükafatına namizəd olub. Onun irsi müasir poeziyanı dəyişdirib", - deyə Yazıçılar Birliyindən bildirilib.

Kedrov 1942-ci ildə Rıbinskdə anadan olub. SSRİ Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru, Cənubi Koreyanın Manhe mükafatı və Puşkin mükafatı laureatı olub.

Həmçinin aprelin 16-da dublyaj aktyoru və rejissoru Vladimir Gerasimov 74 yaşında vəfat edib.

Nilay 

Oxşar Xəbərlər