MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Biberin dostu onun keşişlə yaxınlığına görə münasibəti kəsib

Castin Biberin ən yaxın dostlarından biri olan Rayan Gud, müğənninin keşiş Cuda Smitlə münasibətlərinə görə onunla əlaqəni kəsib.

32gun.az bildirir ki, bu barədə TMZ məlumat yayıb.

Məlumata görə, Biber keşişi ilə o qədər yaxınlaşıb ki, ətrafındakılar onun bir növ sekta təsiri altına düşdüyündən narahatdırlar.

İnsayderlər bildirirlər ki, Castinin sabiq meneceri və onun modabrendi JB Drew House-un yaradıcı direktoru olan Rayan Gud artıq bir ildir müğənni ilə danışmır. Elə həmin vaxtdan etibarən Gud, Biberin hələ də davam etdiyi və Cuda Smitin keşişlik etdiyi kilsəyə getməyi də dayandırıb.

Rayanın Churchome adlı bu dini icmanı "kult" kimi gördüyü və Smitin Drew House-un idarə heyətinə daxil edilməsindən narazı olduğu qeyd olunur.

Bu arada Castin Biberin çoxmilyonlu borclarla bağlı yayılan şayiələrə də reaksiya verdiyi bildirilir.

Oxşar Xəbərlər