MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Beyons qızları ilə birlikdə səhnəyə çıxdı

Beyons qızları ilə birlikdə səhnəyə çıxdı – Rumi ilk dəfə tamaşaçılar qarşısında

Məşhur amerikalı müğənni Beyons qızları Blu Ayvi və Rumi ilə birlikdə səhnəyə çıxıb.

32gun.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Jay-Z ilə olan evliliyindən olan kiçik qızı – 7 yaşlı Rumi ilk dəfə anasının Cowboy Carter turu çərçivəsində İnglvud şəhərində keçirilən konsertdə səhnəyə çıxaraq debüt edib. 13 yaşlı Blu Ayvi də səhnədə anasına qoşulub. Ana və qızlarının birgə çıxışı pərəstişkarları duyğulandırıb. İfa zamanı ekranda Beyonsun övladları ilə birlikdə çəkilmiş kadrları da nümayiş etdirilib.

Xatırladaq ki, fevral ayında Beyons qızılı rəngli peniuar və uyğun əlcəklərlə kamera qarşısına keçərək yeni parfümü Cé Lumière-in reklam çəkilişində iştirak etmişdi. Onun bədəni və üzü qızılı boyayla örtülmüş, sənətçi iri üzük və sırğalarla görüntüsünü tamamlamışdı.

Daha sonra Beyons bud nahiyəsinədək yarıq və dekolteli ağ ipək maksi donla kamera qarşısına keçmişdi. İfaçı görünüşünü parlaq sırğalar, gümüşü kölgələr, qara layner və mat pomada ilə tamamlamışdı.

Nilay 

Oxşar Xəbərlər