MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Tramp Papa olmağa hazır olduğunu bəyan etdi
Tramp: “Roma Papası olmaq istərdim, özümə səs verərdim”
ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində zarafatla Roma Papası postuna iddialı olduğunu bildirib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ağ Evin həyətində verdiyi açıqlamada “Mən Roma Papası olmaq istərdim. Mənim əsas namizədim özüm olardım” deyə bəyan edib.
Tramp qeyd edib ki, hazırda katolik kilsəsinin rəhbəri postuna konkret namizədi yoxdur.
Xatırladaq ki, Roma Papası Fransisk 21 aprel tarixində 89 yaşında insult nəticəsində vəfat edib. O, şənbə günü Roma şəhərindəki Santa-Mariya-Macore bazilikasında dəfn olunub. ABŞ Prezidenti Donald Tramp dəfn mərasimində iştirak edib.
Ayxan