SOSIAL ÖZ XƏBƏR

Qazaxda küçə itləri insanlara hücum edir – Sakinlər narahatdır /VİDEO

Qazax şəhərinin mərkəzi hissəsində küçə itlərinin insanlara hücum etməsi ilə bağlı narahatlıq artır.

Sakinlərin 32gun.az-a verdiyi məlumata görə, xüsusilə səhər və axşam saatlarında şəhərin müxtəlif küçələrində sərbəst dolaşan itlər piyadalara hücum çəkir, bu da insanların gündəlik həyatına ciddi təhlükə yaradır.

Şahidlər bildirir ki, bir neçə nəfər artıq bu hücumlar nəticəsində xəsarət alıb. Valideynlər uşaqlarını məktəbə tək buraxmaqdan çəkinir, yaşlılar isə çölə çıxmağa qorxurlar.

Hazırda bu məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlara şikayətlər ünvanlanıb. Sakinlər itlərin toplanması və təhlükəsizliyin təmin olunması üçün təcili tədbirlər görülməsini tələb edirlər.

Mövzu ilə bağlı rəsmi qurumlardan münasibət almağa çalışırıq. Məsələ diqqətdə saxlanılır.

qeyd edək ki, bu barədə Azər Dağlaroğlu adlı sosial şəbəkə istifadəçisi paylaşım edib. 

Nilay 

Oxşar Xəbərlər