SOSIAL ÖZ XƏBƏR

Anar Bayramovun dərman "alış-veriş"i "puç" oldu - SƏBƏB

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən dərman ləvazimatlarının satınalınması ilə bağlı elan edilən açıq tender iştirakçı çatışmazlığı səbəbilə ləğv edilib.

32gun.az xəbər verir ki, tender "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən, yəni təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün ləğv olunub.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.

Ayxan 

Oxşar Xəbərlər