SOSIAL ÖZ XƏBƏR

Zakir Quliyevin tenderini ləğv etdilər - SƏBƏBİ...

Regional Su Meliorasiya Xidmətinin Pirəzə nov kanalının əsaslı təmiri üzrə tenderi ləğv edilib.

32gun.az bildirir ki, tenderin ləğv edilmə səbəbi kimi iştirak etmək üçün tələb olunan sənədləri təqdim edən, müvafiq lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib.

Bu, satınalmaların ləğv edilməsinə dair 36.1.1 maddəsinə əsaslanır.

Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zakir Quliyevi Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edib.

Ayxan 

Oxşar Xəbərlər