SOSIAL ÖZ XƏBƏR

FHN-nin tabeliyindəki qurum 218 min manatlıq satınalma həyata keçirib – Qalib şirkət görün kimindir

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu kompüter, printer, kartric və digər informasiya texnologiyaları avadanlıqlarının satın alınması ilə bağlı tender keçirib.

32gun.az-ın məlumatına görə, satınalma üzrə qalib “MİX PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. Təklifin ümumi dəyəri 218.053,38 AZN təşkil edir.

“MİX PRO” MMC-nin qanuni təmsilçisi Fərid Həsənov Salam oğludur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstəm Bağırovdur.

Ayxan

 

Oxşar Xəbərlər