SOSIAL ÖZ XƏBƏR

 "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov 2 milyonluq işi 10 manatlıq şirkətə verdi

"Azərişıq" ASC Kəlbəcər şəhəri (1-ci faza) üzrə elektrik təchizatı məqsədilə transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi ilə bağlı tenderin nəticəsini açıqlayıb.

32gun.az-ın məlumatına görə, qalib “SMART ENERGY SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətin təqdim etdiyi təklifin dəyəri 2 362 043,52 manatdır.

Qanuni təmsilçisi Anar Tinayev Nemət oğlu olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

Qeyd edək ki, “Azərişıq” ASC-yə Vüqar Əhmədov rəhbərlik edir.

Ayaz 

Oxşar Xəbərlər