SOSIAL ÖZ XƏBƏR

10 manatlıq şirkət Sabunçu Kommunal Təsərrüfatının 134 minlik tenderini qazanıb

Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsi əməkdaşların xidməti istifadəsi üçün nəzərdə tutulan malların satın alınması ilə bağlı tenderin qalibini açıqlayıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi 134.993,42 AZN-lik təkliflə "VNM İNVEST" MMC olub.

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Onun qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.

Xatırladaq ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Kommunal Təsərrüfatı İdarəsinin rəhbəri isə Qalayev Anar Novruz oğludur.

Ayaz 

Oxşar Xəbərlər