SOSIAL ÖZ XƏBƏR

Mirələm Cəlalov bu şəxsə 126 min manat köçürə bilər - Səbəbi...

126 min manatlıq tender fiziki şəxsə verildi – Təcili yardım maşınlarının təmiri işi

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter”, “Ford Transit”, “Fiat Doblo” və “Iveco Daily” markalı təcili yardım avtomobilləri üçün diaqnostika, ehtiyat hissələrinin bərpası və kondisionerlərin təmiri ilə bağlı tender keçirib.

32gun.az xəbər verir ki, Tenderin qalibi fiziki şəxs – Davud Əkbər oğlu Hüseynov olub. O, bu işləri həyata keçirmək üçün 126.378 manat təklif edib və qalib seçilib.

Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur.

Ayaz 

Oxşar Xəbərlər