SOSIAL ÖZ XƏBƏR

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin təmir tenderi ləğv edildi – SƏBƏB

Səhiyyə Nazirliyinin tabeliyində olan Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin istilik və havalandırma sistemlərinin yenilənməsi ilə bağlı elan etdiyi cari təmir işlərinin satınalması ləğv edilib.

32gun.az bildirir ki, tenderin ləğv edilməsinə səbəb olaraq təklif verən və müvafiq sənədləri təqdim edən iştirakçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən bu hal tenderin ləğv olunması üçün əsas sayılır.

Qeyd edək ki, Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Maqsud oğlu Ağayevdir.

Ayaz 

Oxşar Xəbərlər