"COFFEE MOKA" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Moka Coffe) vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, paytaxtdakı məşhur kafelərdən olan "Moka"nın vergi borcu 10 min 780 manat 12 qəpik təşkil edir.
Şirkətin qanuni təmsilçisi və direktoru Vüsal Xəlfəyev Rizvan oğludur. MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir.
Qeyd edək ki, Vüsal Xəlfəyev özünün LinkedIn sosial şəbəkəsində MOKA Roastery and Eatry şirkətində direktor kimi fəaliyyət göstərdiyini bəyan edib.
Nilay