“Smart Nelo” Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif vergi pozuntularına görə ümumilikdə 36.386,04 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, Operativ vergi nəzarəti çərçivəsində tərtib edilmiş aktlara əsasən:
- Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, habelə malların qanunvericilikdə nəzərdə tutulan qaimə-faktura və ya elektron sənədlər əsasında rəsmiləşdirilməməsi hallarına görə şirkətə 33.998,09 manat,
- İdxal olunmuş malların saxlanıldığı yerə baxış nəticəsində isə 2.387,95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Bundan əlavə, 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkət riskli vergi ödəyicisi kimi qeydə alınıb və hazırda 123.586,93 manat vergi borcu mövcuddur.
“Smart Nelo” MMC-nin nizamnamə kapitalı 70 manatdır. Şirkətin qanuni təmsilçisi Ramal Ağayev Zakir oğludur.
Ayxan