"KRISTAL HOTEL" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti tədbirləri çərçivəsində 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az-ın məlumatına görə, sanksiyanın tətbiqinə səbəb əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti ilə bağlı tərtib olunmuş AKT-dır.
Qeyd edək ki, cəmiyyətin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Mehmet Ayan adlı şəxsdir.
Ayaz