Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb – 133 nəfər göydəymiş
12 iyun tarixində Hindistanın qərbində yerləşən Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisənin görüntüləri Rusiya mətbuatında yayımlanıb. Kadrlarda göyə qalxan qara tüstü sütunu açıq şəkildə görünür.
Məlumata görə, Air India aviaşirkətinə məxsus təyyarə London istiqamətində reys həyata keçirirmiş. Təyyarədə 133 nəfər olub. Qəza Meqaninaqar rayonuna yaxın yaşayış massivində baş verib.
Qeyd edək ki, bu hadisədən bir neçə gün öncə – 9 iyun tarixində Cessna 414 tipli yüngülmühərrikli təyyarə ABŞ-ın San-Dieqo şəhəri yaxınlığında suya düşmüşdü. Axtarış-xilasetmə işlərinə Sahil Mühafizəsi, Gömrük və Sərhəd Xidməti, yerli polis və xilasedicilər cəlb olunmuşdu.
ABŞ Sahil Mühafizəsinin məlumatına görə, təyyarənin qalıqları 61 metr dərinlikdə yerləşir. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisənin səbəblərini araşdırmağa başlayıb.