“BAKU PEARL RESİDENCE” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə qarşı böyük məbləğdə vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi rəsmi məlumata görə, şirkətin 399 107.08 AZN həcmində vergi borcu mövcuddur.
Şirkətin qanuni təmsilçisi Sabir Abdullayev İdris oğlu, nizamnamə kapitalı isə cəmi 10 AZN olaraq qeyd edilib.
Nizamnamə kapitalının bu qədər az, vergi borcunun isə yüksək olması şirkətin maliyyə fəaliyyəti və öhdəliklərinin icrası ilə bağlı suallar doğurur.
Ayaz