SOSIAL ÖZ XƏBƏR

"MAYAK-MEBEL"ə maliyyə sanksiyası tətbiq edilib

Məşhur mebel şirkəti olan "MAYAK-MEBEL" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 3823.73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, Operativ vergi nəzarəti çərçivəsində Vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi ilə bağlı tərtib olunmuş AKT-a əsasən, şirkətə bu qərar verilib.

Qeyd edək ki, "MAYAK-MEBEL" MMC-nin qanuni təmsilçisi Nahid Qurbanov Ahil oğludur. Şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir.

Ayaz

Oxşar Xəbərlər