SOSIAL ÖZ XƏBƏR

MARINE PLAZA-ya maliyyə sanksiyası tətbiq edilibmiş

Bakının mərkəzində yerləşən tanınmış biznes mərkəzlərindən biri olan "Marine Plaza" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbiri keçirilib.

32gun.az xəbər verir ki, Vergi orqanı tərəfindən tərtib olunan akta əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən olunub. Nəticədə, şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Marine Plaza" MMC-nin nizamnamə kapitalı 1000 manatdır, şirkətin qanuni təmsilçisi isə Aqşin Həsənov Həsən oğludur. Şirkət Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən eyni adlı biznes mərkəzində fəaliyyət göstərir.

Ayaz 

Oxşar Xəbərlər