SOSIAL ÖZ XƏBƏR

"İBESTA KAFE VƏ RESTORAN"da qanun pozuntuları aşkarlanıb

Naxçıvanda fəaliyyət göstərən "İBESTA KAFE VƏ RESTORAN" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan operativ vergi nəzarəti nəticəsində bir neçə qanun pozuntusu aşkarlanıb.

32gun.az xəbər verir ki, tərtib olunmuş aktlara əsasən, müəssisəyə ümumilikdə 5 975.30 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Cərimələrin məzmunu belədir:

– Pul vəsaitinin uçotdan gizlədilməsi və malların qanunsuz şəkildə, sənədsiz dövriyyəyə buraxılması ilə bağlı – 2 975.30 manat,
– Əmək müqaviləsi olmadan fiziki şəxslərin işə cəlb olunması faktına görə – 2 000 manat,
– Əhali ilə aparılan pul hesablaşmalarında qanunvericiliyin pozulması səbəbilə – 1 000 manat.

Şirkətin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Tayfur Əbilov Vədat oğludur.
Müəssisənin hüquqi ünvanı Naxçıvan şəhəri, A.Cəlilov, ev 1 göstərilir.

Ayaz 

Oxşar Xəbərlər