
Sosial şəbəkələrdə ümummilli lider Heydər Əliyevin arxiv görüntüləri yenidən paylaşılaraq diqqət mərkəzinə düşüb.
32gun.az xəbər verir ki, videoda ulu öndər prezidentliyi dövründə Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərindən söz açır və bu pyesi Azərbaycan ədəbiyyatının möhtəşəm nümunəsi kimi dəyərləndirir.
Həmin çıxışında Heydər Əliyev “Ölülər”lə ilk dəfə 13 yaşında tanış olduğunu və əsərin səhnə interpretasiyasını seyr etdiyini bildirir. O, bu pyesin yaratdığı güclü təəssüratın illər keçsə də yaddaşından silinmədiyini vurğulayır.
Ayaz
-->