SOSIAL ÖZ XƏBƏR

Toyda görün nə etdilər - Video

Sosial şəbəkələrdə yayılan qeyri-adi toy görüntüsü qısa zamanda maraqla qarşılanaraq gündəmə çevrilib.

32gun.az xəbər verir ki, Azərbaycanda toy məclisi zamanı bir qrup şəxs masa arxasında əyləşərək domino oynayıb. Çay evini xatırladan bu mənzərə toy iştirakçıları tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

İzləyicilər görüntünü həm gülməli, həm də maraqlı qarşılayaraq müxtəlif şərhlər yazıblar. Bəziləri bu addımı toyun rəngarəng keçməsi kimi qiymətləndirib, digərləri isə çayxana ab-havasının toya daşınmasını zarafatla qarşılayıb.

Qeyd edək ki, video qısa müddətdə minlərlə baxış toplayaraq sosial medianın gündəminə çevrilib.

Ayaz 

.

.

.

 

Oxşar Xəbərlər