SOSIAL ÖZ XƏBƏR

Vaz 2106 üzərində nömrə nişanı sosial şəbəkədə gündəm oldu – nömrənin qiyməti maşından baha çıxdı - Video

Sosial şəbəkələrdə yayılan bir görüntü geniş marağa səbəb olub. 

32gun.az xəbər verir ki, paylaşılan fotoda Vaz 2106 markalı avtomobilin üzərində “10-KK-100” dövlət nömrə nişanı əks olunub. Qeyd olunan nömrə təkcə avtomobil həvəskarlarının deyil, həm də sosial media istifadəçilərinin diqqətini çəkib.

32gun.az-ın araşdırması zamanı məlum olub ki, bu tip “gözəgəlimli” nömrələr avtomobil satış saytlarında 10 min manatdan başlayaraq, hətta 80 min manata qədər qiymətləndirilir. Halbuki, görüntüdəki Vaz 2106 avtomobilinin orta bazar qiyməti 5-6 min manat civarındadır.

Sosial şəbəkə istifadəçiləri avtomobilin dəyərindən daha bahalı nömrə seçilməsini həm gülməli, həm də maraqlı hesab edərək müxtəlif zarafatlarla paylaşım ediblər. Bəziləri “nömrə sürür, maşın yox”, – deyə şərh yazıblar.

Görüntü qısa zamanda sosial medianın gündəminə çevrilərək minlərlə baxış və yüzlərlə şərh toplayıb.

Nilay 

.

.

.

 

 

Oxşar Xəbərlər