
Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunun binası bərbad vəziyyətdədir.
32gun.az xəbər verir ki, binanın ikinci mərtəbəsinin tavanı çöküb və vəziyyət uzun müddətdir bu şəkildə qalıb. Tavanın bir hissəsinin tamamilə deşildiyi və asma hissələrin sallandığı müşahidə olunur. Faciəvi nəticələrə səbəb ola biləcək bu vəziyyət təhlükə saçır.
Maraqlıdır ki, Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev hər gün həmin yerdən keçərək binaya daxil olur
Lakin rəhbəri olduğu sektorun binasında yaranmış vəziyyətə göz yumur və heç bir təmir işləri görülmür.
Ayaz