SOSIAL ÖZ XƏBƏR

"Gəncə Şərab-2 ASC” şirkətində DVX yoxlama apardı - Külli miqdarda borc və böyük məbləğdə cərimə + FOTO

“Gəncə Şərab-2” ASC-yə külli miqdarda vergi borcu və maliyyə sanksiyası tətbiq olundu

“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində DVX əməkdaşları yoxlama aparıb.

32gun.az xəbər verir ki, barəsində aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq sözügedən ASC-yə 461 855,47 manat əlavə vergi və 290 095,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Digər əldə etdiyimiz digər məlumata görə, şirkətin ümumi vergi borcu hazırda 1 631 437,86 manat təşkil edir.

ASC-nin qanuni təmsilçisi Sabit Nəbiyev Nürəddin oğludur. Şirkətin nizamnamə kapitalı isə 62 641 934,73 manatdır.

Xatırladaq ki, Gəncə Şərab-2 ASC” şirkətinin əsas  rəhbəri Namiq Məmmədovdur. 

Ayaz 

Oxşar Xəbərlər