
Daha bir şirkət riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb.
32gun.az xəbər verir ki, “BTS Retail Group” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb.
Həmçinin şirkətin 7 096,71 manat məbləğində vergi borcu mövcuddur.
Şirkətin nizamnamə kapitalı cəmi 100 manat, qanuni təmsilçisi isə Tərlan Bünyatov Səfər oğludur.
Vergi orqanları tərəfindən "riskli" kimi tanınmaq, vergi öhdəliklərinin yerinə yetirilməsində ciddi pozuntuların olması ehtimalını göstərir. Hazırda məsələ ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Ayaz