.jpeg)
“MEM Retail Group” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ilə problemi ilə üzləşib.
32gun.az xəbər verir ki, şirkət vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb.
Əldə etdiyimiz digər məlumata görə Şirkətin 19 780,90 manat məbləğində vergi borcu olduğu bildirilir.
Rəsmi məlumatlara görə, şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Ərtoğrul Məmmədov Mübariz oğludur.
"Riskli vergi ödəyicisi" statusu şirkətin maliyyə fəaliyyətində şəffaflıq və vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı ciddi suallar doğurur. Hazırda məsələ ilə bağlı əlavə açıqlama verilməyib.