
Daha bir şirkət vergi ilə bağlı problemlə üzləşib.
32gun.az-ın məlumatına görə, “Retailing Company” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeydə alınıb.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin 12 061,40 manat məbləğində vergi borcu olduğu bildirilir.
Şirkətin nizamnamə kapitalı cəmi 50 manat, qanuni təmsilçisi isə Samir Əzizov İsrafil oğludur.
Qeyd edək ki, "riskli" status vergi öhdəliklərinin icrasında uyğunsuzluqların və ya qanun pozuntularının mövcudluğuna işarə edir.
Ayaz