.jpeg)
Milli Məclisin sabiq deputatı Etibar Əliyev Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyevin onu təhdid etdiyini bildirib.
32gun.az xəbər verir ki, Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, bəzi akademikləri tənqid etdiyinə görə Təmraz Tağıyev tərəfindən hədə və təhqirlərə məruz qaldığını iddia edib:
"Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bəzi akademikləri tənqid etdiyim üçün məni təhqir edir, hədələyir, şəxsiyyətimə qarşı nalayiq ifadələr işlədir. Hətta mərhum atam haqqında belə hörmətsiz ifadələrə yol verir. Region mənsubiyyətinə görə tənqidlərimi haqsız sayır. Akademiklərin kimlərin himayəsinə qaldığını görün!" – deyə sabiq deputat yazıb.
Etibar Əliyev əlavə edib ki, vaxtilə təkər təmiri ilə məşğul olan bir şəxsin bu gün siyasətə və hakim partiyaya "yamandığını" qeyd edib:
"Guya vaxtilə yaş senzi məsələsində mərhum prezident Heydər Əliyevi müdafiə etdiyini iddia edir. Amma bu doğru deyil – həmin aksiyada iştirak etməyib. İndi isə müxtəlif oyunlar oynayır. Tutduğu vəzifədən sui-istifadə etməklə milyonlar qazanıb. Belələrinin əmlakı müsadirə olunmalı və Qarabağın bərpasına yönləndirilməlidir. Saxta regionçuluğun ifşa zamanı çatıb."
Sabiq deputat Təmraz Tağıyev kimi şəxslərin yerli özünüidarə institutunu gözdən saldığını vurğulayıb.
Nilay