
Gəncə şəhərində fəaliyyət göstərən 4 ulduzlu "KARVANSARAY" hoteli operativ vergi nəzarəti zamanı bir neçə qanun pozuntusuna görə cərimələnib.
32gun.az xəbər verir ki, aparılmış yoxlamalar zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqavilələrinin hüquqi qüvvəyə minmədiyi müəyyən edilib. Bu faktla bağlı tərtib edilmiş AKT-a əsasən, şirkətə 6000 manat maliyyə sanksiyası tətbiq olunub.
Bundan əlavə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı tərtib olunmuş digər AKT əsasında daha 1000 manat cərimə müəyyən edilib.
Qeyd edək ki, "KARVANSARAY" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 132 500 manatdır. Şirkətin qanuni təmsilçisi Telman Məmmədov Məmməd oğludur.
Ayaz