SOSIAL ÖZ XƏBƏR

Murad Süleymanov bu şəxsdən kreslo alır - 16 min manatlıq "alış-veriş"

Analitik Ekspertiza Mərkəzi mebel və inventar alışı üçün 16 min manatlıq tender keçirib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi mebel və inventarların satın alınması ilə bağlı tender keçirib.

32gun.az xəbər verir ki, tenderin qalibi İlham Turab oğlu Abışov olub.

Tərəflər arasında  16 094,02 manatlıq müqavilə bağlanacağı gözlənilir. 

Müqaviləyə əsasən, qurum üçün rəhbər kresloları, işçi kreslosu, akt zalı üçün müşavir kreslosu, qonaq kreslosu, printer üçün dolab, şəbəkə avadanlığı üçün dolab, bir pəncərə xidmət masası və digər inventarların alınması nəzərdə tutulub.

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin baş direktoru Murad Süleymanovdur.

Ayaz 

Oxşar Xəbərlər