SOSIAL ÖZ XƏBƏR

"Ərtoğrul Avto Servis" MMC 4 qurumla tender müqaviləsi bağlayıb -  şirkətin vergi borcu da var / FOTO

İyun ayında "Ərtoğrul Avto Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif dövlət qurumları ilə ümumilikdə 77 768,08 manat dəyərində müqavilə bağlayıb.

32gun.az xəbər verir ki,  şirkətə sifariş verən qurumlar və müqavilələrin məbləğləri aşağıdakı kimidir:

  • "Naxçıvanpoçt" PHŞ – Nəqliyyat vasitələrinin cari təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 39 957,16 AZN
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi – Nəqliyyat vasitəsinin təmiri üçün 2 686,86 AZN
  • Kəngərli Rayon Kommunal Müəssisələri Kombinatı – Ehtiyat hissələri və təmir xidmətləri üçün 30 219,80 AZN
  • Kəngərli Rayon İcra Hakimiyyəti – Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması üçün 4 905,26 AZN

Əldə etdiyimiz məlumata görə, “Ərtoğrul Avto Servis” MMC-nin hazırda 12 611,76 manat vergi borcu var.

Şirkətin nizamnamə kapitalı cəmi 10 AZN, qanuni təmsilçisi isə Şəhriyar Əhmədov İsfəndiyar oğludur.

Ayaz 

Oxşar Xəbərlər