SOSIAL ÖZ XƏBƏR

İcra başçısının nümayəndəsi  185 min manatlıq təmir işləri başa çatmamış, 187 min manatlıq yeni müqavilə bağladı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun rəhbərlik etdiyi Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik bu il kommunal binaların əsaslı təmiri üçün tender elan edib.

32gun.az xəbər verir ki, planlaşdırılan satınalmanın ehtimal olunan qiyməti 187.047,70 AZN-dir.

Maraqlıdır ki, ötən ilin dekabrında da eyni nümayəndəlik “Meqa An İnşaat” MMC ilə 185.000 AZN məbləğində kommunal binaların əsaslı təmiri ilə bağlı müqavilə bağlamışdı.

Bundan əlavə, bu il iyunun 18-də “BUTA SUPPLY” MMC ilə 114.402,77 AZN dəyərində işıqlanma məqsədilə abadlaşdırma xidmətlərinin satın alınması üzrə müqavilə imzalanıb.

Xatırladaq ki, Ağstafa şəhər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini Nəsibov Yusif İsmayıl oğlu icra edir.

Ayaz 

Oxşar Xəbərlər