
Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” publik hüquqi şəxsi tərəfindən motosiklet və qaldırıcı səbətin satın alınması ilə bağlı elan edilmiş tender iştirakçı çatışmazlığı səbəbilə ləğv edilib.
32gun.az xəbər verir ki, satınalmanın ləğv edilməsinə səbəb olaraq müsabiqədə iştirak edən və təklif təqdim edən təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət Satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilib.
Qeyd olunur ki, “müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqənin tamamlanması mümkün olmayacaqdır”.
Satınalmanın ehtimal olunan dəyəri 49.354,68 manat təşkil edib.
Ayaz