SOSIAL ÖZ XƏBƏR

Zakir Quliyevin 299 min manatlıq xlor alış-verişi baş tutmadı - SƏBƏB

"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin keçirdiyi tender müsabiqəsi iştirakçı azlığı səbəbindən ləğv olunub.

32gun.az xəbər verir ki, satınalma maye xlor reagentinin alınmasını nəzərdə tuturdu. Lakin satınalmada tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan, həmçinin təklif və onun təminatını təqdim etmiş təchizatçıların sayı üçdən az olduğuna görə (Satınalmalar haqqında Qanunun 36.1.1-ci bəndinə əsasən) tender ləğv edilib.

Ehtimal olunan satınalma məbləği 299.130 manat təşkil edirdi.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin olunub.

Ayaz 

Oxşar Xəbərlər