
Bakıda qeyri-adi doğuş hadisəsi yaşanıb.
32gun.az xəbər verir ki, bu barədə doğuş həkimi olan qadın sosial şəbəkə hesabında məlumat paylaşıb.
Həkimin yazdığına görə, doğum üçün xəstəxanaya gələn qadın həyat yoldaşı ilə mübahisə etdiyini və bu səbəbdən onun onu müşayiət etmədiyini bildirib.
“Doğuş otağına daxil olanda soruşdum ki, yoldaşın haradadır? Dedi, gəlməyib, evdədir, dalaşmışıq. Qadın çox gərgin idi, amma təkbaşına doğuşu uğurla tamamladı. Qürurverici anlar yaşandı”, – həkim qeyd edib.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilər qadının cəsarətini alqışlayıb, bəzi şərhçilər isə həyat yoldaşının bu vəziyyətdə onu tək buraxmasını qınayıblar.
Qadının və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.
Ayaz
-->