
Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Ağdam şəhəri F-2 yaşayış massivində həyata keçirilməsi planlaşdırılan iri layihəni ləğv edib.
32gun.az xəbər verir ki, layihə çərçivəsində enerji təsərrüfatı obyektləri, sahədaxili mühəndis-kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma), yol və səkilərin çəkilməsi, yaşıllaşdırma və abadlıq işləri nəzərdə tutulurdu.
Tenderin ehtimal olunan dəyəri 9.675.661,95 manat olub.
Ləğv səbəbi kimi müsabiqədə iştirak üçün təklif və təminat təqdim edən, həmçinin tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib (Qanunun 36.1.1-ci maddəsi).
Qeyd edək ki, bu cür hallarda qanunvericiliyə əsasən satınalma proseduru ləğv olunur və yeni tenderin elan olunması gözlənilir.
Nilay