
Bir şəxs dəniz sahilində içərisində məktuba bənzər yazılı kağız, eləcə də müxtəlif valyutalarda pullar – dollar, manat və digər məzənnələrin yer aldığı şüşə butulka tapıb.
32gun.az xəbər verir ki, tapıntı sosial şəbəkələrdə paylaşılaraq geniş marağa səbəb olub və müzakirələr yaradıb. Bəzi istifadəçilər butulkadakı yazının cadu ilə əlaqəli ola biləcəyini ehtimal edib, digərləri isə bunun tamamilə fərqli bir mesaj və ya simvolik məna daşıdığını iddia ediblər.
Butulkada olan məktubun və pulların mənbəyi hələlik məlum deyil. Hadisə sosial mediada gündəmə çevrilib.
Nilay
-->